İstirahət gününün <span style="color:red;">HAVA PROQNOZU
28 aprel 2018 13:28 (UTC +04:00)

İstirahət gününün HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 16-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi  yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar