Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yeni il bayramında gözlənilən hava proqnozunu açıqlayıb.
ETSN-nın Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, ilkin məlumata əsasən, dekabrın 31-i və yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Bayram günlərində mülayim hava şəraiti müşahidə olunacaq.
Baş hidroloq onu da bildirib ki, temperatur rejimində ciddi dəyişiklik gözlənilmir.