Londonun Kral Kollecinin nümayəndələri BANM-da olub
27 oktyabr 2014 13:13 (UTC +04:00)

Londonun Kral Kollecinin nümayəndələri BANM-da olub

0

Dünyanın ən qabaqcıl universitetlərindən biri olan Böyük Britaniyanın London Kral Kollecinin (King's College London) beynəlxalq marketinq üzrə departament müdiri Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Nomi Veinberq Bakı Ali Neft Məktəbində olub.

Ali məktəbdən Lent.az-a verilən məlumata görə,  BANM-nin rektoru Elmar Qasımov  London Kral Kollecinin nümayəndələrini Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumatlandırıb.

Daha sonra rektor BANM-in tikilməkdə olan yeni və müasir kampusunun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların nəzərinə çatdıraraq, orada yaradılan hər cür şərait haqqında geniş təsviredici məlumat verib.

BANM tələbələrinin gələcəkdə Londonun Kral Kollecində texniki ixtisaslar üzrə magistratura və doktorantura səviyyəsində təhsil almalarının indiki imkanları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri muzakirə olunub, London  Kral Kollecinin yüksəkixtisaslı kadrlar tərəfindən professional kursların və treninqlərin BANM-də keçirilməsi təklif olunub. Eyni zamanda universitetlər arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində təkliflər və  tovsiyələr verilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar