Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır<span style="color:red;"> - SABAHDAN
13 sentyabr 2015 14:36 (UTC +04:00)

Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır - SABAHDAN

0
14 sentyabr tarixindən “BakuBus” MMC-nin  5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq  mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s – Təbriz küç. – Azadlıq pr. – 28 may m/s – Puşkin küç. – Azadlıq pr. – Zərifə Əliyeva küç. olacaq. Bu səbəbdən mövcud xətt üzrə 
hərəkət edən 20 və 24 saylı maşrut avtobusları  xətdən kənarlaşdırılacaq.
 
Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus 5 saylı maşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus movcud marşrut xətti ilə fəaliyyət göstərəcək. Yeni tədris ilinin başlanması ilə əlaqdar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı maşrut avtobusunun  istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətlərii saxlanılıb. Hərəkət isiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. -  Səbail meydanı  - 20-ci sahə olan əvvəlki 5 saylı maşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki  5 saylı marşrut sabahdan etibarən 53 saylı maşrut adı iə sərnişinlərə xidmət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar