Oktyabrın 10-11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda 1-ci Tələbə Forumu keçiriləcək. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, forumda SABAH qruplarında təhsil alan - ölkənin müxtəlif ali təhsil müəssisələrindən 250 nəfərə yaxın tələbənin iştirakı nəzərdə tutulur.
Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolu, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.
Tədbir çərçivəsində tələbələr üçün "master class"ların, müxtəlif mövzularda müzakirə panellərinin, idman və əyləncə xarakterli tədbirlərin təşkili nəzərdə tutulub.