
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənib
Bu gündən etibarən 39 nömrəli müntəzəm marşrut üzrə də sərnişinlərə müasir İsuzu markalı avtobuslarla xidmət göstəriləcək.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “Kral Transport” MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusları gətirilib. “İsuzu Citibus” markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
"Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Ümumiyyətlə isə, ötən dövrdə paytaxtımıza 200 ədəddən artıq müasir avtobus gətirərək istismara verib", - BNA-nın məlumatında bildirilib.
Oxşar yazılar

Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR
19 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 may 2025 , 08:15
Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ
18 may 2025 , 18:32
May bu BÜRCLƏR üçün şans ayı olacaq
18 may 2025 , 18:17
Doğum tarixi ilə evlənmək üçün ən yaxşı vaxtı necə tapmaq olar?
18 may 2025 , 17:45
Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir
18 may 2025 , 17:14
Daimi çiyələk yesəniz bədəninizdə nə baş verir
18 may 2025 , 16:43