"Vəkillərə dövlətdən ödənilən məbləğ 3 dəfə artırılıb" - Prezidentin köməkçisi
“Azərbaycanda vəkillərin sayı iki dəfə artıb”.
APA-nın xəbərinə görə, bunu Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, bu proses davam edəcək.
F. Ələsgərov qeyd edib ki, Azərbaycanda aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb.
793