Bu il qəbul kampaniyası dövründə maraqlı hadisə qeydə alınıb. Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, oğlan abituriyentlərdən biri ixtisas seçərək, Bakı Qızlar Universitetinə daxil olub: “Həmin abituriyent bu ali məktəbə daxil olan yeganə oğlan olub. Adıçəkilən təhsil ocağına yalnız qızlar qəbul olunur. Bununla bağlı həmin şəxs TQDK-nın Apellyasiya Komissiyasına şikayət etmişdi”.
Komissiya sədri vurğulayıb ki, həmin abituriyent qəbul imtahanında topladığı balına uyğun olaraq, digər ali məktəbə yerləşdirilib.