Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı anılıb
31 mart 2014 17:15 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı anılıb

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdən əvvəl 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimi açan rektor Elmar Qasımov XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışıb. Erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada, Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalayaraq, bütün bu olanların erməni millətinin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəldiyini bildirib. Ümummilli lider Heydər Əliyev tərəfindən 1918-ci il mart hadisələrinə siyasi qiymət verilməsi haqqında sərəncam verdiyini vurğulanıb.  

 

Daha sonra ölkə prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyi, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyi deyilib.

 

Tədbirin sonunda tələbələrin hazırladığı mart hadisələrinə həsr olunmuş film nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar