Bakı-Balakən sərnişin qatarı yeni tərkibdə xəttə çıxacaq - FOTO
27 sentyabr 2013 13:59 (UTC +04:00)

Bakı-Balakən sərnişin qatarı yeni tərkibdə xəttə çıxacaq - FOTO

 

Bu gündən Bakı-Balakən sərnişin qatarı əsaslı təmirdən çıxmış vaqonlardan ibarət tərkibdə xəttə buraxılacaq. 

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, vaqonlar Rusiya Federasiyasının Voronej və Ukrayna Respublikasının Dneropetrovsk şəhərlərindəki vaqon təmiri zavodlarında əsaslı təmir olunub.

 

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 60 ədəd sərnişin vaqonu  təmir müddətinin keçməsi səbəbindən Ukrayna Respublikasına təmirə göndərilib. Bu günə kimi 46 vaqon təmir olunaraq Azərbaycana gətirilib. Eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilib. Hazırda 38-37 saylı Bakı-Tbilisi, 55-56 saylı  Bakı-Moskva və 369-370 saylı Bakı-Xarkov şərnişin qatarları bu vaqonlardan tərtib olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar