Bu gün AzVision.az saytı bir yaşını qeyd edir. Lent.az İnformasiya Agentliyi olaraq saytın əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində daim yenilik və uğurlar arzulayırıq.
Bir il əvvəl internet mediasına qədəm qoyan bu gənc saytın məqsədi ilk növbədə oxucuya operativ xəbər çatdırmaq, bu ölkənin milli maraqlarına uyğun fəaliyyət göstərmək, qeyri-ciddi, şou xarakterli mövzulardan çəkinmək olub. Və bu 1 ildə sayt bunun öhdəsindən uğurla gəlib.
“Azvision”un kollektivinə sükanı belə saxlamağı arzu edirik.