Azgəlirli sərnişin avtobusları ilə bağlı YENİLİK
11 iyun 2018 14:59 (UTC +04:00)

Azgəlirli sərnişin avtobusları ilə bağlı YENİLİK

"Nəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində nəqliyyatın orta istismar müddətinin təxminən 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanır".

 

"APA-Economics" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov "Avtomobil Nəqliyyatı-Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

 

"Hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz nəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər görüləcək",- deyə H.Həsənov vurğulayıb.

 

 

H.Həsənov əlavə edib ki, sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır: "Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar