Azərbaycanlı nazirdən ibrətamiz “cəza”
25 may 2013 16:22 (UTC +04:00)

Azərbaycanlı nazirdən ibrətamiz “cəza”

 

 

Azərbaycanda maraqlı aksiya olub. Qanunsuz ağac kəsənlər ağac əkiblər. Lent.az-ın verdiyi məlumata görə, Saatlı rayonunun Əhmədbəyli kənd məktəbinin müəllimi Aydın İbadov və onun işsiz olan əmisi oğlu Balaxan İbayev jurnalistlərin də iştirakı ilə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkiblər. Buna görə də hər iki şəxs nazir Hüseyn Bağırova təşəkkür ediblər.

 

Məsələ ondadır ki, bu il may ayının 15-də ekologiya və təbii sərvətlər nazirinin Şirvan şəhərində bölgə rayonları əhalisi ilə görüşündə istisna hal kimi indiyədək tətbiq olunmayan və ibrət xarakterli qeyri-ənənəvi cərimə metodundan istifadə edilməsinə təşəbbüs göstərilib. Qəbula gəlmiş Saatlı rayonunun Əhmədbəyli kənd orta məktəbinin müəllimi Aydın İbadov və onun işsiz olan əmisi oğlu Balaxan İbayev ətraf mühitə vurduqları ziyana görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən hər biri 650 manat məbləğində cərimə olunduqlarını bildiriblər. Onlar səhvlərini etiraf edib, lakin maddi durumlarına görə, cəriməni ödəyə bilmədiklərini deyərək nazirdən cərimə məbləğinin bağışlanılmasını xahiş ediblər.  Hüseyn Bağırov cərimənin bağışlanması barədə müraciəti orijinal tərzdə cavablandırıb. Ekologiya və təbii sərvətlər naziri onların səhvlərini başa düşmələrini və maddi vəziyyətlərini nəzərə alaraq istisna hal kimi cərimələrinin bağışlana biləcəyini söyləyib, lakin təbiətə vurduqları ziyanı yaşıllaşdırma işində iştirak edərək, ağac əkməklə ödəməyi təklif edib.

 

Təklif Aydın İbadov və Balaxan İbayev üçün gözlənilməz olsa da, Hüseyn Bağırov onlara məsələnin mahiyyətini və ibrətamiz xarakterini izah edib. Onlar da səhvlərini düzəltmək məqsədilə onlara imkan və fürsət verildiyini anlayıblar. Həmin görüşdə qərara alınıb ki, Aydın İbadov və Balaxan İbayev təbiətə vurduqları ziyanın cəriməsini mayın 25-də Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkməklə ödəsinlər.

 

Barələrində yazılmış cərimə məbləğlərini ödəməkdən azad olunan və bu gün ağac əkən Aydın İbadov və Balaxan İbayev  bildiriblər ki, bu onlara dərs, başqalarına da ibrət olar. Aydın İbadov deyib ki, bir səhv etmişdilər, amma maddi durumları nəzərə alınıb və ekologiya və təbii sərvətlər naziri onlara bu səhvi düzəltməyə onlara imkan və fürsət verib: “Hamı səhv edə bilər, biz də səhv etmişdik. Bu gün burda ağac əkməklə rahat olduq. Ağac kəsmək asan, əkmək çətindir, biz bunu anladıq. Nazir Hüseyn Bağırova minnətdarıq. Biz, hamını ağac kəsməyə yox, ağac əkməyə çağırırıq. Bu, bizə dərs oldu, başqaları da bizə baxıb ibrət ötürsünlər...”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4351
avatar

Oxşar yazılar