Moskvada tutulan azərbaycanlı "qanuni oğru"nun nədə ittiham olunduğu məlum oldu
02 iyun 2018 15:45 (UTC +04:00)

Moskvada tutulan azərbaycanlı "qanuni oğru"nun nədə ittiham olunduğu məlum oldu

2012-ci ildə “Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən killer Moskvada yaxalanıb.
 
 
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.
 
 
Killerin adı Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub.
 
 
Qeyd edək ki, Hacı Beylaqanski kimi tanınan Hacıbaba Talıbxanlı 2016-cı ildə öldürülən Rövşən Lənkəranskinin ən yaxın adamı olub. Rövşənin qətlindən sonra onun klanına Beyləqanski başçılıq edib.
 
 
Hacıbaba Talıbxanlı bir müddət əvvəl İstanbuldan Moskavaya gedib. Mətbuatda onun Lotu Quli kimi tanınan Nadir Səlifova qarşı adam yığdığı və müharibəyə başlayacağı qeyd edilmişdi.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar