Azərbaycanlı iş adamı Hacı Quliyev təcili Türkiyəyə yola düşməli olub. Lent.az-ın məlumatına görə, iş adamının Türkiyəyə səfərinin məqsədi qaraciyərindən əziyyət çəkən anasına yardım etməkdir. Belə ki, H. Quliyevin anası 5 ilə yaxındır ki, qaraciyər xəstəliyinin daşıyıcısıdır. Məhz bu məqsədlə iş adamı Bakıda müayinəyə girib. Həkimlər bildiriblər ki, o, anasına donor ola bilər.
İş adamı qeyd edib ki, əməliyyata ilk olaraq özü, iki saat sonra isə anası girəcək: “On beş saatlıq riskli bir əməliyyata hazırlaşıram. Bu əməliyyatda yalnız sizlərin duasına ehtiyacım var”.
Qeyd edək ki, iş adamı H.Quliyev 2009-ci ildən “Excellent” şirkətinin təsisçisi və direktorudur. O, həm də şou-biznesdə bir çox tanınmış simaların dostu kimi tanınır.