Azərbaycanın əlillərlə bağlı ilk hesabatı BMT-də müsbət qiymətləndirildi
04 aprel 2014 13:40 (UTC +04:00)

Azərbaycanın əlillərlə bağlı ilk hesabatı BMT-də müsbət qiymətləndirildi

Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi ətrafında müzakirələr aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, sessiyanın ilk günü Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr zamanı BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri xanım María Sisternas “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində Azərbaycanda görülən işlərə dair təqdim olunan məruzənin əhatəli olduğunu, qeyd olunan tədbirlərin Konvensiya üzrə nəzərdə tutulan müddəaları əks etdirdiyini vurğulayıb.

 

Azərbaycan üzrə məruzəçi Martin Mvesiqvan ölkəmizin bu ilk məruzəsinin dolğun məzmuna malik olduğunu və məruzə ətrafında maraqlı müzakirələrin aparıldığını, ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirib. Daha sonra Konvensiyanın müddəaları üzrə ölkəmizdə görülən işlərə dair suallar cavablandırılıb.

 

Səlim Müslümov səslənən sualların əlilliyi olan şəxslərlə bağlı əsasən hüquqi məsələləri əhatə etdiyini bildirib və ölkəmizdə bu məsələlərin həlli ilə bağlı aparılan işləri diqqətə çatdırıb. Ədliyyə nazirinin müavini Toğrul Musayev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar.

 

Digər çıxış edənlər Azərbaycanda əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğını vurğulayıblar. Səmərəli və işgüzar şəraitdə aparılan müzakirələrin sonunda nazir S.Müslümov, M. Mvesiqvan və M.Sisternas yekun nitqi ilə çıxış ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar