
Azərbaycanın bu ərazilərində qaz olmayacaq - SİYAHI
Azərbaycanın bəzi rayonlarında qaz olmayacaq.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək. Bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa adı çəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.
Oktyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq.
Həmçinin “Azəriqaz” İB Bakının Binəqədi rayonunda qaz sızmalarının ləğv olunmasına başlayıb.
Bununla da oktyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq.
Oxşar yazılar

Vəfat edən hərbçi dəfn olundu
2 mart 2025 , 13:56
İlk dəfə buraxılış imtahanları keçirildi-FOTO
2 mart 2025 , 12:50
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
2 mart 2025 , 10:24
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
2 mart 2025 , 00:06
Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlər
1 mart 2025 , 17:15
Ramazan ayının birinci gününün DUASI
1 mart 2025 , 13:43