Azərbaycanda yeyinti məhsullarının sınaqları aparılacaq
04 dekabr 2014 11:48 (UTC +04:00)

Azərbaycanda yeyinti məhsullarının sınaqları aparılacaq

0
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı yeyinti məhsullarının sınaqlarını aparacaq.

 

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

 

R. Həsənovun sözlərinə görə, yeyinti məhsullarının sınaqlarının aparılması üçün Azərbaycanın Milli Olimpiya Komitəsi SMPDK müraciət edib.

 

Komitə sədri əlavə edib ki, Azərbaycandakı sınaq laboratoriyaların nəticələrini Avropa ölkələri tanıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar