Nazirlər Kabineti Təhsil Nazirliyinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması barədə qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, qərar regional çoxprofilli kolleclərin yaradılması məqsədilə Təhsil Nazirliyinin təklifi nəzərə alınaraq verilib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinə əlavə edilib. Təhsil Nazirliyinə Maliyyə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.