Azərbaycanda uşaq qayğı və müdafiə sistemi
07 iyun 2013 09:06 (UTC +04:00)

Azərbaycanda uşaq qayğı və müdafiə sistemi

Bu gün Azərbaycan Respublikası  demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurla irəliləyir və bir sıra nailiyyətlərə imza atır. Belə bir cəmiyyətin əsas atributlarından biri məhz  insan hüquq və azadlıqlarının  aliliyinin təminatı, dövlət tərəfindən hərtərəfli şəraitin yaradılmasıdır. Bu baxımdan ölkəmiz cəmiyyətin gələcək inkişafına kömək olacaq istənilən əməkdaşlıq formasını qəbul edir və həyata keçirir. Hüquq və azadlıqların qorunması, təmininə hörmət olunması məhz ilk olaraq cəmiyyətin uşaqların hüquq və azadlıqlarını tanıması,  qoruması və hörmət etməsindən başlayır. Unutmaq olmaz ki, hüquqi, dünyəvi dövlət quruculuğuna nail olmuş dövlətimizin gələcəyi məhz indiki uşaqlardan asılı olacaqdır. Bu əsasla, dövlət ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir.

1 iyun tarixi - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi artıq 62 ildir ki, dünyada qeyd olunur.  Bu barədə qərar isə  BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə sıx əməkdaşlıq edir. UNİCEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ilin oktyabr ayından başlamışdır. Təsadüfü deyildir ki, Azərbaycan UNİCEF-in təşəbbüsünə qoşularaq uşaqların hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edib.

 Hazırda ölkəmizdə 3 milyon uşaq yaşayır. Onların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir. Ölkədəki 50-yə qədər internat məktəbində 20 mindən çox uşaq yaşayır. 5000 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur. Qeyd edək ki,  internatdakı uşaqların ailələrə verilməsi layihəsi üzərində iş gedir.

Azərbaycan Respublikası  Konstitusiyamızı,  beynəlxalq  sənədləri rəhbər  tutaraq ölkəmizdə  1998-ci ildə “Uşaq hüquqları haqqında”  qanun qəbul etmişdir. Uşaq hüquqları haqqında  qanunvericilik – uşaqlar  haqqında  dövlət  siyasəti,  uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, həyatın və sağlamlığın müdafiəsi, ad və vətəndaşlıq, tərbiyə almaq, azadlıq, zəruri maddi təminatı, vicdan , fikir və söz hüquqları, uşaqların  əsas  vəzifələrini müəyyən edən 16 maddədən ibarətdir. Qanunvericilikdə həmçinin uşaqların təhsil, istirahət, ictimai təşkilatlarda  birləşmək şərəf  və ləyaqətinin müdafiəsi, istismarından  və zərərli təsirlərdən  mühafizəsi də öz əksini tapmışdır.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr  həyata keçirilməkdədir. Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikası Prezidentinin 6 Fevral 2006-cı il  tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli və beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının  həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005)”nda öz əksini tapmış, bu istiqamətdə başlanan işlərin “Yoxsulluğun Azaldılması və Sosial İnkişaf üzrə Dövlət Proqramı (2006-2015)” çərçivəsində davam etdirilməsi nəzərdə tutulmuşdur.

2009-cu il “Uşaq ili” elan olunmuşdur. Heydər Əliyev  Fondunun Xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və  milli genefondunun  qorunmasında gördüyü misilsiz fəaliyyəti danılmazdır. Dinamik inkişaf yolu tutan, yeniləşən Azərbaycanda ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər  Əliyev Fondunun fəaliyyətində aparıcı  xətt təşkil edir. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbüsü ilə  həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı ” proqramı xüsusi aktuallığa malikdir. Bu layihəni həyata keçirməkdə Fondun məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək,  xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına  təlqin etməkdir.

Ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik  perspektivlərinin müəyyənləşdirilməsi  məqsədilə 2009- cu ili “Uşaq ili” elan edib. Bütün bu sadalanan amillər onu göstərir ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından  dövlət səviyyəsində bütün addımlar atılır.

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"

İctimai Birliyinin  fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836
avatar

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19