
Azərbaycanda təhsil və səhiyyə xərcləri artırılır
2020-ci ildə təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb.
Gələn il səhiyyə xərcləri üçün isə 1 milyard 369 milyon manat vəsait ayrılacaq.
2020-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 31,3 faiz, yaxud 326,5 milyon manat çoxdur. Bu il dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 42 milyon 500 min manat proqnozlaşdırılıb.
Oxşar yazılar

Pul tezliklə çay kimi axacaq: Şanslı BÜRCLƏR kimlərdir?
8 iyul 2025 , 00:02
Gənc şair Həsən Kür vəfat etdi
7 iyul 2025 , 23:53
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı
7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC
7 iyul 2025 , 18:35
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13