Azərbaycanda sirkə turşusundan zəhərlənən 3 nəfər ölüb
“Yanvar ayından bugünədək dərman zəhərlənməsi ilə bağlı 126 nəfər müraciət edib, ölüm faktı qeydə alınmayıb".
Bu barədə APA-ya Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumaat verib.
Onun sözlərinə görə, bu il ərzində 27 nəfər sirkə turşusundan zəhərlənib. Onlardan 3-ü dünyasını dəyişib.
Aprel ayından sentyabrın 1-nə qədər ilan sancması ilə bağlı 71 xəstə müraciət edib. Onlardan da 8-i uşaq olub.
707