Azərbaycanda sənaye məhəllələri yaradılacaq
08 oktyabr 2014 19:42 (UTC +04:00)

Azərbaycanda sənaye məhəllələri yaradılacaq

Prezident İlham Əliyev sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirəcək.

 

Fərmanla sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

 

İqtisadiyyat və Sənaye Nazirliyi sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməlidir. Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyi fərmandan irəli gələn digər məsələləri həll edəcək.  Fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan prezidentinə məlumat verilməlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506
avatar

Yalçın UĞUR

Oxşar yazılar