Azərbaycanda 2018-ci ildən başlayaraq kişilər və qadınlar üçün pensiya yaşı demoqrafik göstəricilərə uyğunlaşdırılacaq. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu, Azərbaycan prezidenti İlham Əliyev tərfindən təsdiqlənən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ında yer alıb.
Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması istiqamətində tədbirlərin icrası Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Buna qədər isə 2014-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqına müəyyən hədd qoyulmaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsini təmin etməlidir.