Azərbaycanda hansı ölkədən qaçqın var? - SİYAHI
20 iyun 2014 17:42 (UTC +04:00)

Azərbaycanda hansı ölkədən qaçqın var? - SİYAHI

“Azərbaycanda çeçenlər, əfqanlar, iranlılar ən çox qaçqın qrupunu təşkil edir. Bu qaçqınlar 20 ildir ki, Azərbaycanın həyatına çox yaxşı inteqrasiya olublar. Hazırda Azərbaycanda üçüncü ölkələrdən gələn 3500 qaçqın və sığınacaq axtaran şəxs var”.


 

APA-nın verdiyi məlumata görə, 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən tədbirdə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson söyləyib.

 

D.Siqurdson deyib ki, Suriya, İraq və Əfqanıstanda baş verənlər gələcəkdə Azərbaycanda üçüncü ölkələrdən gələn qaçqınların sayının artacağını göstərir: “Mən tövsiyə edərdim ki, Azərbaycan üçüncü ölkələrdən gələn qaçqın və sığınacaq axtaranların vərdişlərindən, iş qabiliyyətlərindən istifadə etsin. Bu, ölkə üçün də faydalı olar. İnanırıq ki, Azərbaycan qanunvericiliyini sığınacaq axtaranlar üçün ən yüksək səviyyədə təkmilləşdirəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951

Oxşar yazılar