Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ETSN-nın 400-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılıb. Abadlıq işləri zamanı yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Xatırladaq ki, 22 aprel - Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlayıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb.
Azərbaycanda Beynəlxalq Yer Günü qeyd olunub
443