Müəllim ayı əti satanda saxlanıldı - YENİLƏNİB
Qəbələdə ayı əti satmağa cəhd edən şəxsin müəllim işlədiyi məlum olub.
Bu barədə Lent.az-a Qəbələ rayonu, Tikanlı kənd bələdiyyəsindən bildirilib. Məlumata görə, kənd sakini Səyahət Şəfiyev müəllim işləyir. Onun Tikanlı kəndində yerləşən 9 illik məktəbdə əmək təlimi fənnindən dərs dediyi qeyd olunur. Kənd sakininin əvvəllər bu işlə məşğul olmadığı vurğulanıb.
***
saat: 09:56
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu, Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.
Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.
1614