Azərbaycanda 500-dən çox insan bu dəhşətli xəstəliyə yoluxub
21 oktyabr 2019 17:30 (UTC +04:00)

Azərbaycanda 500-dən çox insan bu dəhşətli xəstəliyə yoluxub

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9 faizi, ümumiliklə isə 1987-ci ildən 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
 
Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata əsasən, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə, inyeksion narkotik istifadəçiləri olub ki, onların da 2564 nəfəri (79,3 faiz) dispanser qeydiyyatına götürülüb.
 
Eyni zamanda, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 9 ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9 faiz) nəfəri inyeksion narkotik istifadəcisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar