
Azərbaycanda 2 qəssab qarayara xəstəliyinə yoluxdu
Sabirabadda daha iki nəfər qarayara xəstəliyinə yoluxub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ət satışı ilə məşğul olan 2 nəfər Sabirabad rayonunun Qaragüney və Həşimxanlı kənd sakinləri qarayara xəstəliyinə yoluxublar.
AQTA-nın Salyan regional şöbəsindən faktı təsdiq etsələr də, təffərrüatlar barədə əlavə məlumat almaq mümkün olmayıb. Xəstəliyə yoluxan şəxslər Sabirabad rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə yerləşdiriliblər. Qaragüney kənd sakininin kəsdiyi heyvanda qarayara xəstəliyi aşkar edilib. Həmin heyvanın əti Şirvan şəhərində fəaliyyət götərən qəssablardan birinə satılıb. Qəssabın bildirdiyinə görə, ət sümükdən ayrılıb və hazırda hansı məqsədlər üçün istifadə olunduğu aydınlaşdırılır.
Faktla bağlı AQTA-nın Salyan regional şöbəsi araşdırmalar aparır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 34 və 26 yaşlarında 2 nəfər Sabirabad sakini rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb.
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12