Azərbaycanda prezident təqaüdü alanların sayı açıqlandı
18 avqust 2014 11:33 (UTC +04:00)

Azərbaycanda prezident təqaüdü alanların sayı açıqlandı

Bu ilin iyul ayının 1-nə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən “Xalq” fəxri adına görə 161 nəfərə, “Əməkdar” fəxri adına görə 1 781 nəfərə Azərbaycan prezident təqaüdü təyin olunub. Lent.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin 26 avqust 2013-cü il tarixli sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği ötən ilin sentyabr ayının 1-dən iki dəfə artırılıb.

 

Həmin fəxri adları alan şəxslər prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatlarında işlədikləri həmin təşkilatlar, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar