27 dərəcə isti olacaq
15 oktyabr 2014 13:03 (UTC +04:00)

27 dərəcə isti olacaq

0


Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı rayonlarda çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1342

Oxşar yazılar