Azərbaycan ərazisində 277 coğrafi ad erməniləşdirilib – SİYAHI
07 yanvar 2013 14:47 (UTC +04:00)

Azərbaycan ərazisində 277 coğrafi ad erməniləşdirilib – SİYAHI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməniləşdirilərək dəyişdirilməsinə dair geniş araşdırma aparıb.

 

 Bu barədə APA-ya institutun direktoru vəzifəsini icra edən Ramiz Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən xarici işlər naziri Elmar Məmmədyarovun 27 dekabr 2011-ci il tarixli məktubuna cavab olaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsinə dair araşdırmalar aparılıb və müəyyən edilib ki, Azərbaycan (türk) mənşəli toponimlər mərhələ – mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən 277 coğrafi ad erməniləşdirilərək dəyişdirilib”.

 

R. Məmmədov deyib ki, Coğrafiya İnstitutunun bir qrup əməkdaşı  tərəfindən Azərbaycanın Ermənistanın  işğalı altında olan ərazilərinin toponimiyasına aid Xəritəçəkmə və Torpaq Komitəsinin tərtib etdiyi siyahıdan istifadə etməklə də araşdırmalar aparılıb: “Müəyyən edilib ki, Ermənistan tərəfindən Azərbaycan (türk) toponimlərinin saxtakarlıqla dəyişdirilməsini və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilməsi bir neçə üsulla baş verib:

 

1. Azərbaycan (türk) mənşəli toponimlərin bütövlüklə erməni adları ilə əvəz edilməsi;

- Ağdam şəhəri - Akna; Akn; Hakaku;

- Xocalı şəhəri – İvanyan, Aigestan;

- Qubadlı şəhəri - Sanasar;

- Laçın şəhəri - Berdzor;

- Cəbrayıl şəhəri – Jrakan və s.

- Əhmədli kəndi – Xerik;  Henk (Laçın ra-nu);

 

2. Keçmiş sovet dövründə dəyişdirilən bəzi toponimlərin erməni yazılış variantının saxlanılması;

- Xocavənd ş – Martuni ş;

- Xankəndi ş. - Stepanakert ş.

- Yuxarı Yemişcan k. - Verin Sznek k; Almalı k – Xındırıstan k.; Dağyurd k.- Saruşen k., (Xocalı r-nu).

 - Ağbulaq k – Mısmına k. (Xocavənd r-nu)

 

3. İşğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına təcavüz edilərək təhrif edilməklə qismən dəyişdirilmiş toponimlər;

- Bərdə ş.- Partav ş; 

- Gəncə  ş. - Qandzak ş;

- Zod aşırımı – pereval Sotskiy;

-  Şahvələdli k.- Şahveli k. (Daşkəsən r-nu);

- Muşavak k.- Muşavan (Daşkəsən r-nu).

 

4. Kalka (hərfi tərcümə) nəticəsində dəyişdirilmiş adlar:

- Ağbulaq  k. – Aknaxbyur k. (Xocavənd r-nu);

- Naxçıvanlı k.- Navsepavan k. (Xocalı r-nu);

- Böyük Tağlar k. – Mets Tağlar k. (Xocavənd r-nu);

- Çaykənd k. – Getaşen k. (Daşkəsən r-nu) və s.

 

5. Bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanılan toponimlər;

- Gurzallar k. – Gurzalar k; - Buzluq k.-  Buzuq k. (Goranboy r-nu);

- Vəngli k.- Vank k. (Kəlbəcər r-nu) və s”.

 

İnstitut direktorunun sözlərinə görə, aşkar edilən faktlar bir daha sübut edir ki,  Azərbaycan (türk) mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalı,  müntəzəm olaraq saytlarda Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməli və onların sıradan çıxarılmasına qarşı müntəzəm olaraq tədbirlər görülməlidir.

 

Rayon mərkəzləri və şəhərlərin adları

Yaşayış məntəqələrinin adları və coğrafi obyekt adları

Yaşayış məntəqələrinin ermənicə təhrif edilmiş adları

Şərti işarə-lər

 

Gəncə

 

Gandzak

W

 

Naxçıvan

 

Naxçevan?

W

 

Şəmkir

 

Şamxor

W

 

Bərdə

 

Partaf

W

 

Xankəndi

 

Stepanakert

+

 

 

Murovdağ

Mravskiy xr.

W

 

 

Gamışdağ

Qomşasar

=

 

 

Murovdağ

Q. Mrav

W

 

 

Zod aşırımı

Per. Sotskiy

W

 

Ağdam şəhəri

 

Akna [Hakaku]

=

 

 

ƏliMədətli kəndi

Ovtaşen [Xaçenadjur]

=

 

 

Xaçındərbətli kəndi

Armenakavan

=

 

 

Xıdırlı kəndi

Xnapal

=

 

 

Kürdlər kəndi

Nor Ayqestan

=

 

 

Qızıl Kəngərli

Nor Maraqa

=

 

 

Papravənd və yaxud Qarapirimli kəndi?

Nor Karmirovan [Nor Aykadjuk]

=

 

 

Tərnöyüt kəndi

Surenavan ?

=

 

 

Maqsudlu və yaxud Talışlar kəndi

Tiqranakert?

 

=

 

 

Gülablı kəndi

[Varder]

=

 

Xocalı şəhəri

 

İvanyan, [Aigestan]

=

 

 

Almalı kəndi

Xındırıstan

+

 

 

Aşağı Yemişcan kəndi

Nerkin Sznek

+

 

 

Badara kəndi

Patara

W

 

 

Ballıca kəndi

Avgestan Xanasax

=

 

 

Çanaqçı kəndi

Avetaranots

=

 

 

Dağdağan kəndi

Krasni

=

 

 

Dağyurd kəndi

Saruşen

+

 

 

Daşbulaq kəndi

Astğaşen

=

 

 

Daşkənd kəndi

Qaraşen

=

 

 

Dəhrəz kəndi

Dəhrav ?

=

 

 

Qeyd: Dəhrəz və Dəhrav kəndləri hər biri ayrı-ayrılıqda müstəqil yaşayış məntəqələridir

 

 

 

 

Dəmirçilər kəndi

Jrağhatsner

=

 

 

Əsgəran qəsəbəsi

Askaran

*

 

 

Xanabad kəndi

Khnapat [Norağiuh]

=

 

 

Xanyeri kəndi

Xantsk

W

 

 

Xanyurdu kəndi

Xanadzax [Lernavan-Lemavan]

+

 

 

Kərkicahan

Krkjan [Armenavan]

=

 

 

Qarabulaq kəndi

Aknağhbyur

V

 

 

Qışlaq kəndi

Tsağkasşat

=

 

 

Qızıloba kəndi

Karmirğyuğ

V

 

 

Seyidbəyli kəndi

[Seyidşen] Khaçhen

+=

 

 

Sərdarkənd

[Sardaraşen]

+

 

 

Muxtar kəndi [Mixitarkənd]

Mixitarşen

W

 

 

Naxçıvanlı kəndi

Navsepavan

V

 

 

Şəlvə kəndi

Rev

=

 

 

Təzəbinə kəndi

Noragüh

+

 

 

Şuşikənd

Şoş

W

 

 

Yuxarı Yemişcan kəndi

Verin Sznek

+

 

Xocavənd şəhəri

 

Martuni

+

 

 

Ağ kənd

Spitakşen

V

 

 

Ağbulaq kəndi

Aknaaxbyur

V

 

 

Ağbulaq kəndi

Mısmına

+

 

 

Axullu kəndi

Hartaşen

=

 

 

Arpadüzü kəndi

[Kolxozaşen] Peretes

+=

 

 

Ataqut kəndi

Tağut

W

 

 

Azıx kəndi

Azokn

W

 

 

Böyük Tağlar kəndi

Metstager [Metstaglar]

V+

 

 

Binə kəndi

[Domi] Tumi

+=

 

 

Bulutan kəndi

Platants

W

 

 

Bünyadlı kəndi

[Karınrakar]

=

 

 

Çaylaqqala kəndi

Xtsaberd

+

 

 

Cəmiyyət kəndi

Nngi

+

 

 

Cilən kəndi

Çimən [Saralandj]

W

 

 

Cağadüz kəndi

[Sarqsaşen]  Sərkişaşen

W+

 

 

Cütçü kəndi

Mashkalaşen

+

 

 

Çıraqüz kəndi

Jrakus

W

 

 

Dağdöşü kəndi

Tiak

+

 

 

Dağyurd kəndi

Saruşen

V

 

 

Daşbaşı kəndi

Zoraqqush

=

 

 

Dərəkənd kəndi

[Şaqah] Tsamzor, Zamzur

+

 

 

Düdükçü kəndi

Kyuratağ

=

 

 

Edilli kəndi

Uxtadzor

=

 

 

Edişə kəndi

Vardaşat

=

 

 

Gavahın kəndi

Kavahan

W

 

 

Günəşli kəndi? Yenikənd

Noraşen

+

 

 

Xırmancıq kəndi

Tsağkavank

=

 

 

Kəndxurd kəndi

Hağorti

+

 

 

Kiş kəndi

Gişi

W

 

 

Köhnə Tağlar

Kakavadzor [Hinta]lar]?

=+

 

 

Kuropatkino kəndi

Kurapat

W

 

 

Qağartsi kəndi

Kağhartsı

*

 

 

Qaradağlı kəndi

Varanda [Honaşen]

=

 

 

Qarakənd kəndi

Berdaşen [Bekdaşen, Berdaqyux] ?

=

 

 

Qarqar kəndi

Herher

W

 

 

Qırmızı Bazar qəsəbəsi

Karmir Şuka

V

 

 

Qızılqaya kəndi

Aryutunoqomer

+

 

 

Quzeyxırman kəndi

Quzeykaler

+

 

 

Quzumkənd

Kert

+

 

 

Məlikxanlı kəndi

Melikaşen

W

 

 

Məmməddərə kəndi

Marimadzor [Minamadzor]

W

 

 

Mirikənd kəndi

Mirişen

+

 

 

Muğanlı kəndi

[Daşt]

=

 

 

Sor kəndi

Tsor

W

 

 

Susanlıq kəndi

Moxrenes

=

 

 

Şahyeri kəndi

[Şaqah] Sarinşen

=

 

 

Şeker kəndi

Şeker

*

 

 

Şıx Dursun kəndi

Şxtoraşen

+

 

 

Tuğ kəndi

Tokh

W

 

 

Vəng kəndi

Vank

*

 

Kəlbəcər şəhəri

 

Karvaçar

W

 

 

Abdullauşağı kəndi

Apaen

=

 

 

Ağcakənd kəndi

İşkanik

=

 

 

Alamlıq kəndi

Avsatax

=

 

 

Bağlıpəyə kəndi

Nor Erkec

=

 

 

Hayat kəndi

Landjik

=

 

 

Ağdaban kəndi

[Antarut]

=

 

 

Bazarkənd kəndi

İmakaoq, Tsmakakosh

+

 

 

Birinci milli kəndi

Nor Manaşid

=

 

 

Babaşlar kəndi

[Tsurtav]

=

 

 

Boyaqlı kəndi

Nor Vrinşen

=

 

 

Comərd kəndi

Çumen

=

 

 

Çaykənd kəndi

Zovk

=

 

 

Çayqovuşan kəndi

[Xtatsar]

=

 

 

Çəpli kəndi

Çapni

W

 

 

Çıldıran kəndi

Çıdran

W

 

 

Çobangərəhməz kəndi

Zaralyur

=

 

 

Çovdar kəndi

Çraq

W

 

 

Dəvədaşı kəndi

Paqosaqaler

=

 

 

Dovşanlı kəndi

Araçadzor (Ayad, Araqidzor)

+

 

 

Dəmirçilər kəndi

[Hant]

=

 

 

Əsrik kəndi

Asrik

*

 

 

Heyvalı kəndi

Drmbon

+

 

 

Həsənriz kəndi

Aterk

+

 

 

Hopurlu kəndi

Xoper

W

 

 

İstibulaq kəndi

Extsi

W

 

 

İstisu qəsəbəsi

Djermadjur

V

 

 

Kolatağ kəndi

Kolatak

*

 

 

Qamışlı kəndi

Yexeqnut

=

 

 

Qaragüney kəndi

Yexdjernuk

=

 

 

Qaragüney və yaxud

Qaraçanlı kəndi

Yextsateq ?

=

 

 

 

 

Qılınclı kəndi

Nor Bnajur

=

 

 

Qozlu kəndi

Vakunis [Vaquas]

=+

 

 

Qozlu körpü kəndi

 Hetavan [Qetevan]

+

 

 

Laçın kəndi

Avaxaxets

=

 

 

Mişni kəndi

Mşeni

W

 

 

Nadirxanlı kəndi?

 Nor Çetoshen [Nor Qeqaşen]

=

 

 

Sarıdaş kəndi

Şikakar [Berdaşen]

=

 

 

Seyidlər kəndi

Nor Kraşnar

=

 

 

Şahmansurlu kəndi

Şaxmansur

+

 

 

Tirkeşəvənd kəndi

Tutxun?

=

 

 

Vəng kəndi

Dadivank

=

 

 

Vəngli kəndi

Vank

W

 

 

Yayıcı kəndi

 [Koçoqot] Okoroqot

+=

 

 

Yanşaq kəndi

[Lyernantsk]

=

 

 

Yuxarı Oratağ kəndi

Verin Orataq

V

 

 

Zar kəndi

Tsar

W

 

 

Yuxarı Şurtan kəndinin Sustan şəklində yazılması təhrifdir

Nor Bnants

=

 

 

Zərqulu kəndi

Zarkuril [Koreknek]

=

 

 

Zivel kəndi

Tvalk, Tsavalk

=

 

 

Zülfüqarlı kəndi

Zuar

=

 

Qubadlı şəhəri

 

Sanasar

=

 

 

Bəxtiyarlı kəndi

Barkuşat

=

 

 

Davudlu kəndi

Doğar

=

 

 

Eyvazlı kəndi

Vanand

=

 

 

Əliquluuşağı kəndi

Andokaberd  [Azataşen]

=

 

 

Fərəcən kəndi

Parajants

=

 

 

Hərtiz kəndi

Hartek

=

 

 

Başarat kəndi

Amutek

=

 

 

Qayalı kəndi

Angeğtun

=

 

 

Qarakişilər kəndi

Dzorap

=

 

 

Qaraağac və yaxud Sarıyataq kəndi

Getap

=

 

 

Qaraqoyunlu kəndi

Vardabuts ?

=

 

 

Qiyaslı kəndi

Artsvaşen?

=

 

 

Tatar kəndi

Kumayır ?

=

 

 

Xəndək və yaxud İşıqlı kəndi

Urekan

=

 

 

Poladlı kəndi

Aygehovit

=

 

 

Çay Tumas kəndi

Getames

=

 

 

Həmzəli kəndi

Aydek

=

 

 

Hal kəndi

Hale

W

 

 

Xanlıq kəndi

İshkanadsor

=

 

 

Nəmər kəndi

Marmark

W

 

Laçın şəhəri

 

Berdzor

=

 

Qeyd: Laçın rayonu digər proqramlarda: Kaşataqskiy rayon.

 

 

 

 

 

 

Ağbulaq kəndi

Spitakadjur

=

 

 

Alxaslı kəndi

Arvakan

=

 

 

Aşağı Fərəcan kəndi

Harar

=

 

 

Alpout kəndi

Drakhtadzor

=

 

 

Bozlu kəndi

Noshataghk

=

 

 

Bülüldüz kəndi

Buzmaqus

=

 

 

Cicimli kəndi

Qeyd: Cicimli təhrif olaraq Djirdjimli

Znqanadzor

=

 

 

Əhmədli kəndi

Xerik, Henk

=

 

 

Fətəlipəyə kəndi

Qeyd: Fətəlipəyə kəndinin adı təhrif olaraq Ağanus yazılış variantında qeydə alınmışdır. Laçın rayonunda Həm Ağanus, həm də Fətəlipəyə kəndi müstəqil kənd kimi mövcuddur.

Aqanus [Henk]

=

 

 

Hoçaz kəndi

Oçants

W

 

 

Köhnəkənd kəndi

Kisavan, Kisovan

=

 

 

Qalaça kəndi

Berduk

V

 

 

Qarakeçdi kəndi

Yenaqomer

=

 

 

Qarıqışlaq kəndi

Tsiternavank, Tsiternavakan

=

 

 

Qazıdərə kəndi

Xaçgedik [Xuzen, Sranotsadzor]

=

 

 

Qoşasu kəndi

Ani

=

 

 

Qorçu kəndi

Haytaqh

=

 

 

Quşçu kəndi

Tandzut

=

 

 

Vəlibəyli kəndi

Şoqavank

=

 

 

Lələbağırlı kəndi

Gahanist

=

 

 

Malıbəy kəndi

[Melikaşen] Tsitsernavank

+=

 

 

Malxələf kəndi

Maratuk

=

 

 

Mayıs kəndi

Marqis

W

 

 

Məlikpəyə kəndi

Melikaxor

=

 

 

Mığıdərə kəndi

Meqvadzor

=

 

 

Minkənd kəndi

Ak, Hak

=

 

 

Mirik kəndi

Mirik

*

 

 

Mişni kəndi

Mşeni

*

 

 

Mollalar kəndi

Gihut

=

 

 

Maqsudlu kəndi

Akhavnatun

=

 

 

Nağdalı kəndi

Shamk

=

 

 

Pircahan kəndi

Çoqthanik [Noraberd]

=

 

 

İrçan kəndi

[Xojorabert]

=

 

 

Xumarta kəndi

[Hamdzasar]

=

 

 

Şəlvə kəndi

Salua

W

 

 

Seyidlər kəndi

Gandza

=

 

 

Şeylanlı kəndi

Şravakan

=

 

 

Uludüz kəndi

Urmia

=

 

 

Zabux kəndi

Aqavno

=

 

 

Zerti kəndi

Qnut

=

 

Şuşa şəhəri

 

Şuşi

W

 

 

Daşaltı kəndi

Karentaq

V

 

 

Göytala kəndi

[Qanactala] Tase Verts

+=

 

 

İmanqulular kəndi

Mrakat

=

 

 

Mirzələr kəndi

Vararakın

=

 

 

Sarıbaba dağı

Yekhtshaog

=

 

 

Xəlfəli kəndi

Sqnax

=

 

Tərtər şəhəri

 

Tartar

*

 

 

Canyataq kəndi

Cankatax

W

 

 

Gülyataq kəndi

Vardadzor

V

 

 

Çardaqlı kəndi

Çharikatogh

W

 

 

Güləbürt kəndi

Craberd

=

 

 

Göyarx kəndi

Levonarx

+

 

 

Həsənqaya kəndi

Aygestan

+

 

 

Kiçik Qarabəy kəndi

[Möhrataq] [Moxramaq]

+=

 

 

Qapanlı kəndi

Artsvaşen

=

 

 

Qızıloba kəndi

Karmiravan

+

 

 

Lüləsaz kəndi

[Akopkamari] Varnkatax

+=

 

 

Meqrelalay kəndi

[Minqresk]  Kmkadzor

+=

 

 

 Aşağı Oratağ kəndi (Ortakənd)

Nerkin Orataq

V

 

 

Seysulan kəndi

Atsavan

=

 

 

Səhləbad kəndi

Qeyd: Səhlabad kəndinin Aqabekalac oykonimi ilə  əvəzlənməsi təhrifdir. 

Ağabəylənc kəndi: 1992-ci ilə qədər Ağabekalanc

Aqabekalac

=

 

 

Suqovuşan kəndi

Madagiz

+

 

 

Şıxarx qəsəbəsi

Leninavan

+

 

 

Təpəkənd kəndi

Tomaşen, Tonashen

=

 

 

Uluqarabəy kəndi

[Metshen] Metsşin

+=

 

 

Zəylik kəndi

Zaqlik

*

 

Ağdərə şəhəri

 

Mardakert

+

 

Zəngilan şəhəri

 

Kovsakan

W

 

 

Çöpədərə kəndi

Tsabatzor

=

 

 

Dəlləkli kəndi

Dalk

=

 

 

Əmirxanlı (Dyuman) kəndi

Artsaxhamayr

=

 

 

Keçikli kəndi

Karatak

=

 

 

Kolluqışlaq kəndi

Nerkind Hand

=

 

 

Qarqulu kəndi

Boradutağ

=

 

 

Məşədiismayıl kəndi

Ditsmayri

=

 

 

Mincivan qəsəsbəsi

Mijnavan

W

 

 

Ördəkli kəndi

Varduak

=

 

 

Turaabad kəndi

Alashkert

=

 

Cəbrayıl şəhəri

 

Jrakan

=

 

 

Ağtəpə kəndi

Arajamuğ

=

 

 

Dağ Tumas kəndi

Tiqranavan

=

 

Fizuli şəhəri

 

Varanda

=

 

 

Aşağı Veysəlli kəndi

Gevorkavan

=

 

 

Yuxarı Veysəlli kəndi

Zoravan

=

 

Gədəbəy şəhəri

 

 

 

 

 

Başkənd kəndi

Artsvaşen

=

 

Goranboy şəhəri

 

Gerenboy

*

 

 

Aşağı Ağcakənd kəndi

Şaumyan

+

 

 

Börü kəndi

Armayanskiye Borisi

+

 

 

Buzluq kəndi

Buzuq

W

 

 

Gürzallar kəndi

Gurzalar

W

 

 

Meşəli kəndi

[Xarxaput]  Kharxhaped

+=

 

 

Mənəşli kəndi

[Manaşid] Mnaşen

+=

 

 

Yuxarı Ağcakənd qəsəbəsi

Verinşen

=

 

 

Yuxarı Ballıqaya kəndi

Karaunc

=

 

Göygöl şəhəri

 

Xanlar

 

 

 

Toğanlı kəndi

Çirakidzor

=

 

Daşkəsən şəhəri

 

 

 

 

 

Dəstəfur kəndi

Dastapor

W

 

 

Şahvələdli kəndi

Şahveli

W

 

 

Çaykənd kəndi

Çetashen

V

 

 

Muşavak kəndi

 

Muşavan

W

 
 

Mövzu ilə əlaqədar qəbul olunan şərti işarələr:

 =     Tamamilə dəyişdirilərək yeni yaranan toponimlər

 +     Sovet dövründə ermənicə dəyişdirilmiş şəkildə saxlanılan toponimlər

W     Qismən dəyişdirmə nəticəsində təhrif edilmiş toponimlər

 V     Kalka nəticəsində dəyişdirilmiş toponimlər

 *     Bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi

        saxlanılan toponimlər

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3196
avatar

Oxşar yazılar