Azərbaycan əhalisi son 10 ildə bu qədər artıb
01 oktyabr 2019 12:54 (UTC +04:00)

Azərbaycan əhalisi son 10 ildə bu qədər artıb

 
 
"Azərbaycan əhalisinin sayı son 10 il ərzində, yəni 2009-cu ildən bu günə qədər 1 084 500 və ya 12,1 faiz artıb".
 
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.
 
Onun sözlərinə görə, nikahların sayında dinamika müşahidə olunub: "Son 15 il ərzində nikahların sayında 11,4 faiz artım olub. Ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə 76,1 yaşdan 78,2 yaşa qədər artıb".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Oxşar yazılar