Azərbaycan 2  nüfuzlu komitəyə üzv oldu
04 oktyabr 2013 15:26 (UTC +04:00)

Azərbaycan 2 nüfuzlu komitəyə üzv oldu

İsveçrənin Cenevrə şəhərində 23 sentyabr – 2 oktyabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş Assambleyasının 51-ci  sessiyası keçirilib.

Standratlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Səfər çərçivəsində ÜƏMT baş direktoru Frensis Qarri ilə Ramiz Həsənovun görüşü keçirilib. Ramiz Həsənov Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində ÜƏMT ilə qurulmuş əməkdaşlığa və bu istiqamətdə təşkilat tərəfindən göstərilən dəstəyə görə Frensis Qarriyə təşəkkürünü çatdırıb. Bu əməkdaşlığın məntiqi davamı olaraq, Ramiz Həsənov Frensis Qarrini ölkəmizə dəvət edib. Frensis Qarri isə öz növbəsində yaxın zamanda Azərbaycana səfərin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi, ümumilikdə patent sistemi infrastrukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində son illər görülmüş işlər yüksək qiymətləndirilməkdədir.

Tədbirdə Azərbaycanın ÜƏMT Baş Assambleyasının Əlaqələndirmə Komitəsinə və Proqram və Büdcə Komitəsinə üzv seçilməsi barədə qərar qəbul olunub. Əlaqələndirmə Komitəsinə üzv olmaqla ölkəmiz təşkilatın baş direktorunun seçilməsi prosesində yaxından iştirak etmək və səs vermək hüququ qazanıb. Proqram və Büdcə Komitəsində təmsilçilik isə ÜƏMT-nin fəaliyyətində növbəti illər üçün hazırlanan tədbirlər planında, prioritet istiqamətlərin müəyyənləşdirilməsində, həmçinin büdcə layihələrinin müzakirələrində də söz sahibliyi imkanları əldə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nin tam hüquqlu üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848
avatar

Oxşar yazılar