<b>I sinfə qəbulun ilk mərhələsi yekunlaşır</b>
11 iyun 2018 10:45 (UTC +04:00)

I sinfə qəbulun ilk mərhələsi yekunlaşır

Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-ü yekunlaşır.

 

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumata əsasən, yeni dərs ili üçün I mərhələdə (22 fevral-14 iyun) onlayn qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim etməlidirlər. I sinfə qəbul prosesində 14 iyun tarixinədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-nə kimi məktəbə təqdim olunmadığı halda, həmin sorğu sistemdən silinəcək.

 

Elektron sənəd qəbulunun II mərhələsinə iyunun 15-dən start veriləcək. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. İkinci mərhələdə sənədlərin məktəbə təqdim olunma müddəti 20 iyun 2018-ci ildən 18 sentyabr 2018-ci ilə (iyul ayı istisna olmaqla) qədər davam edir.

 

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

 

Ümumilikdə, 2018-2019-cu tədris ili üçün bugünədək I sinfə qəbul üzrə 42 325 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir.

 

Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatİk I sinfə qəbul üzrə qeydə alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Yasəmən Bağırova

Oxşar yazılar