Avropa Azərbaycan Cəmiyyəti yeni müsabiqə keçirir
01 oktyabr 2014 15:04 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyəti yeni müsabiqə keçirir

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilmiş “Azərbaycan - idman foto obyektivdə” adlı fotomüsabiqə keçirir.

 

Cəmiyyətdən APA- ya verilən məlumata görə, müsabiqəyə hər janrda fotoşəkillər təqdim oluna bilər. 

 

Mövzu Azərbaycanın təqdimatı və idmanın müxtəlif növləri ilə bağlı ola bilər. Seçim turunda idman yarışlarının dəyərini və ruhunu əks etdirən fotolara üstünlük veriləcək.

 

Müsabiqə qaliblərinin seçilmiş işləri Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel, İstanbul və Bakıda nümayiş etdiriləcək.

 

Münsiflər heyətinə Ed Kaşi, Filip Ratmer kimi dünya şöhrətli fotoqraflar da daxildir.

 

Qalib peşəkar və həvəskar fotoqrafları bu müsabiqədə mükafatlar gözləyir. Bu mükafatlara Bakıya təyyarə bileti (gediş-gəliş) və mehmanxanada qalmaq üçün yer, 2015-ci il I Avropa Oyunlarını izləmək üçün bir həftəlik giriş bileti, yarışlar zamanı Bakıda maraqlı həftəsonu keçirmək imkanları, oyunlara bir günlük giriş bileti və İPad daxildir.

 

Əgər qalib Bakıdandırsa, o zaman o, Paris, London, Berlin, Brüssel və ya İstanbul şəhərlərinə təyyarə bileti (gediş-gəliş) qazanacaq.

 

Müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün bu keçidi ziyarət edə bilərsiniz:www.teas.eu/azerbaijan-sport-in-focus

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Oxşar yazılar