Pensilvaniya Universitetinin (ABŞ) mütəxəssisləri uşaqlarda gecə öskürəyinin müalicəsində aqava bitkisi nektarının nə dərəcədə səmərəli olduğunu tədqiq ediblər. Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc “Fox News” nəşriyyatına istinadla xəbər verir.
Öskürən uşaqlara yatmazdan əvvəl aqava bitkisinin nektarından hazırlanmış şirin su (plasebo) verilib. Məlum olub ki, aqava bitkisi həqiqətən uşaqlarda gecə öskürəyini müalicə edir.
Alimlərin fikrincə, hər hansı xəstəliyin müalicəsində inam faktoru mühüm rol oynayır. Sübuta yetirilib ki, təyin olunmuş müalicəyə inam hissi çox vaxt onun səmərəliliyini müəyyən edir. Bəzi hallarda, xüsusən, nevroloji pozğunluqlarda ən sadə və təhlükəsiz vasitə kömək edir.