Şirkət televizyaya şikayət edən 8 sürücünü qovdu
15 avqust 2014 14:03 (UTC +04:00)

Şirkət televizyaya şikayət edən 8 sürücünü qovdu

“Bakı Taksi” MMC bir neçə gün öncə ANS TV-nin “London taksiləri” ilə bağlı hazırladığı süjetə görə 8 sürücünü işdən azad edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə azvision.az-a sürücülər özləri məlumat veriblər. 

Bildirilib ki, ANS telekanalı bir müddət öncə “London taksi”lərlə bağlı reportaj hazırlayıb və efirə gedən kadrlarda sürücülərin görüntüləri əks olunub. Buna görə də, “Bakı Taksi” MMC-nin rəhbərliyi efirə gedən videoda görünən sürücüləri işdən çıxarıb. 

Eləcə də, digər sürücülərə xəbərdarlıq edilib ki, heç bir KİV-ə şikayət xarakterli məlumat verməsinlər, əks halda işdən kənarlaşdırılacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2264
avatar

Oxşar yazılar