Anasını zorlayıb, başını kəsdi, hönkürüb ağladı... – <span style="color:red;">DƏHŞƏT DOSYESİ
19 may 2018 12:00 (UTC +04:00)

Anasını zorlayıb, başını kəsdi, hönkürüb ağladı... – DƏHŞƏT DOSYESİ

1948-ci ildə Kaliforniyanın Burbank bölgəsində doğulan Edmond Kemper uşaq vaxtı baxdığı qorxulu filmlərin təsirinə düşərək, “böyüyəndə amansız qatil olacağam ki, hamı məndən danışsın” - deyə qərar verir. Hələ 6-7 yaşlarından kiçik bacısını qorxutduğu üçün anası onu günlərlə zirzəmidə saxlayır. Amma Edmondun qorxulu hərəkətlərində dəyişiklik olmur. Anası onu zəncirlə çarpayıya bağlayır. Bu cəza da oğlunun işgəncə xarakterli hərəkətlərinə son qoya bilmir.

 

İlk qətl...

 

Edmond Kemper 16 yaşında ilk cinayətinə imza atır. O, evlərinə qonaq gəlmiş ana nənəsini öldürür. Sonradan anası istintaqa ifadəsində bildirir ki, özləri tətilə getdikləri üçün nənəsini ondan muğayat olması üçün evə çağırıbmış. Edmond Kemper sadəcə nənəsini həzz üçün öldürdüyünü və “onu bıçaqla qətlə yetirərkən hansı hissləri keçirəcəyini hiss etmək məqsədi ilə” bu işi gördüyünü bildirib. Cinayətin ardınca Edmond babasını da evə çağırır. Nənəsinin özünü pis hiss etdiyini deyir. Babası nənəsinin meyitini görəndə özünü pis hiss etməsin deyə Edmond babasını da öldürür. Qapının arxasında gizlənib boynuna ət baltası ilə üç-dörd zərbə endirir. Məhkəməyə ifadəsində yeniyetmə qatil deyir ki, babasını çox istədiyi üçün onun qətlinə fərman verib.

 

Dəlixanadan sonrakı cinayətlər...

 

Kemper bu cinayətlərdən sonra Kaliforniya Psixoloji Xəstəxanasının ciddi rejimli şöbəsində müalicə alır. İki il yatdıqdan sonra oradan qaçmağı planlaşdırır. Günlərin bir günü xəstəxanada yanğın baş verir və Edmond oradan qaçır. Elə yolda ikən bir maşını saxlayır və içindəki üç gənci öldürür. Yolda “avtotostop”la səyahət edən iki qızı avtomobilinə mindirir. Onları meşəyə aparan qatil əvvəlcə “könül xoşluğu” ilə zorlayır, sonra isə öldürüb, cəsədlərini hissələrə ayırır. Xəstəxanadan qaçdığı ilk üç ayda silsilə cinayətlərlə Kaliforniya polisini cəncələ salan Edmond Kemper bu müddət ərzində daha 10 qadını zorlayır və başlarını kəsir.

 

Anasını zorlayan və tikələrə ayıran manyak...

 

Ard-arda on səkkiz cinayətdən sonra bir müddət “yoxa çıxan” Edmond dəlixanada iki il “çürüməsinin” əsas səbəbi kimi anasını günahlandırır və ondan bunun heyfini alacağını düşünür. Anasının bu müddət ərzində başqa bir kişi ilə evləndiyini eşidən 23 yaşlı manyak Burbanka gəlir və cütlüyün yaşadığı evi tapır. Qapını döyür, anasına sarılıb ağlayır. Sonra ana-bala yemək yeyirlər. İçki içirlər. Daha sonra “gözünü qan örtən” Edmond anasının sərxoş olduğunu görüb, onu zorlayır. Ardınca başını kəsərək, çarpayısının üstünə qoyur və ağlamağa başlayır. Bu vaxt ögey atası evə gəlir və gördükləri mənzərədən huşunu itirir. Edmond Kemper onu da qətlə yetirir. Qoşa çarpayının digər tərəfindəki yastığa ögey atasının başını qoyub, evdən çıxır.

 

Həbsdən sonra...

 

7 may 1973-cü ildə həbs edilən Edmond Kemper yaxalandığı günə qədər 51 insanı qətlə yetirdiyini etiraf edir və qurbanlarını necə öldürməsi barədə məhkəməyə məlumat verir. 1973-cü ilin noyabrında ilk məhkəməsi keçirilir. Sonradan iki dəfə intihara cəhd etsə də buna imkan verilmir. Edmond 1974-cü ilin fevralında məhkəmə salonundan qaçır. Onun ölü və ya sağ olması haqqında bu günə qədər məlumat yoxdur. Ölümündən sonra haqqında musiqilər bəstələnən, sənədli filmlər çəkilən Edmond Kemperin Meksikaya qaçması ilə bağlı şayiələr də dolaşmaqdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448
avatar

Tural TURAN

Oxşar yazılar