“Xəzər” televiziyasının xəbərlər proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəfli adı çəkilən kanalla əməkdaşlığa son qoyub. Lent.az-ın məlumatına görə, aparıcı bu barədə “facebook” səhifəsində yazıb: “ Müəyyən səbəblərə görə, yeddi ildir işlədiyim “Xəzər” TV-dən ayrılıram. Bu gün “Xəzər Xəbər”də sonuncu efir günüm olacaq. Allah hər kəsin yolunu açıq etsin”.
Qeyd edək ki, “Xəzər” TV-nin Xəbərlər departamentinin şef-redaktoru Nəcəf Həsənov da vəzifəsindən azad olunub.