2014-2017-ci illərdə beş yaşadək uşaqlar və analar arasında ölüm hallarını azaltmaq, HİV, malyariya, vərəm, şəkər, ürək-damar və iris xəstəlik hallarının qarşısını almaq və bu xəstəliklərlə əlaqədar ölüm hallarını azaltmaq sahəsində ardıcıl tədbirlər həyata keçiriləcək. Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Yaxın 3 il ərzində analar və uşaqlar arasında qidalanmanın yaxşılaşdırılması, digər qarşısı alına bilən xəstəliklərin azaldılması, səhiyyə qanunvericiliyinin Avropa Birliyinin standartlarına uyğunlaşdırılması sahəsində bir sıra tədbirlər də həyata keçiriləcək. Belə ki, gələn il səhiyyə xərcləri üçün dövlət büdcəsində 725.6 milyon manat vəsait ayrılacaq. Bu isə ötən ilkindən 8.4 faiz çox deməkdir.