AMEA-nın həqiqi və müxbir üzv yerlərinə seçki keçirilir
07 aprel 2014 10:47 (UTC +04:00)

AMEA-nın həqiqi və müxbir üzv yerlərinə seçki keçirilir

0

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 11 həqiqi və 23 müxbir üzv yerinə seçki elan edib.


 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, RH-nin qərarı ilə seçkilərlə əlaqədar komissiya yaradılıb. Komissiya ilkin lazımi işləri yekunlaşdırıb və bundan sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə irəli sürülən namizədlərin sənədlərinin qəbulu, onların elmi-texniki və hüquqi ekspertizası ilə məşğul olacaq.

 

Komissiyanın sədri Akademiyanın Elmi-Təşkilat İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqovdur. Tərkibi isə hüquq, təhsil və kadrlar şöbələrinin rəisləri, həmçinin bölmələrin elmi katiblərindən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 875

Oxşar yazılar