Allahşükür Paşazadə: “Onların bütün hərəkətləri İslama ziddir”
23 oktyabr 2014 11:54 (UTC +04:00)

Allahşükür Paşazadə: “Onların bütün hərəkətləri İslama ziddir”

0
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD təşkilatının üzvlərini qeyri-müsəlman olduqlarını bəyan edib.

 

APA-nın məlumatına görə, Şeyx bunu Məhərrəm ayının başlaması ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

 

O qeyd edib ki, bu təşkilatın üzvlərinin bütün hərəkətləri İslama ziddir: “Məsələn, “Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar. Bu İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur və İŞİD-in də bu hərəkətləri müsəlmançılıq deyil. Bu, əslində terror təşkilatıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar