Ali məktəblərə 6000-ə yaxın abituriyent sənəd verib
05 aprel 2014 12:28 (UTC +04:00)

Ali məktəblərə 6000-ə yaxın abituriyent sənəd verib

Bu günə olan məlumata əsasən, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 5673 abituriyent internetlə elektron formada ərizə verib. Lent.az-ın məlumatına görə, TQDK-nın mətbuat katibi Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bunlardan 4623-ü Azərbaycan bölməsi, 1050 -i isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə 1489 abituriyent I qrup, 1128 abituriyent II qrup, 1453 abituriyent III qrup, 553 abituriyent isə IV qrup üzrə sənəd verib. Rus bölməsi üzrə isə 333 nəfər I qrup, 325 nəfər II qrup, 289 nəfər III qrup, 103 nəfər isə IV qrup üzrə sənəd verib.

 

E. Nağızadə deyib ki, bəzən abituriyentlər ərizələri özləri doldurmur, başqalarına həvalə edirlər. Bu zaman əlavə problemlər yaranır: “Baxmayaraq ki, elektron ərizələrin doldurulması asan prosesdir, lakin onlar bu prosesi özləri həyata keçirməkdə çətinlik çəkirlər. Buna görə də TQDK elektron ərizənin doldurulması ilə bağlı 3 dəqiqəlik videoçarx hazırlayıb. Yaxın günlərdə bu çarx televiziyalarda da yayımlanacaq”.

E. Nağızadənin sözlərinə görə, sənəd qəbulu komissiyaları aprelin 7-dən 30-dək fəaliyyətdə olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719
avatar

Oxşar yazılar