FHN Bərdədə taktiki-xüsusi təlimi keçirdi
05 iyul 2019 13:55 (UTC +04:00)

FHN Bərdədə taktiki-xüsusi təlimi keçirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdədə “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçirib.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər Bərdə rayonunun Alaçadırlı kəndinin, Bərdə 9 nömrəli Dəmir-Beton məmulatları zavodunun və Bərdə Dəmir Yol Stansiyasının ərazisində baş tutub. 
 
Təlimdə Fövqəladə Hallar Nazirliyinin qurumlarının, regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələri iştirak edib. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbulu, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrinin daha da artırılması, şəxsi heyətin icra hakimiyyəti orqanlarının qüvvələri ilə birgə fəaliyyətdə xilasetmə, yanğınsöndürmə, eləcədə nəqliyyat və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub.
 
Əvvəlcə, təlimə cəlb edilmiş şəxsi heyətə müvafiq tapşırıqlar verilib. Təlimin plana uyğun olaraq birinci mərhələdə şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsinin təşkili, əsas  qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin, kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə baş vermiş qəzalar, avtomobil və dəmir yol nəqliyyatı qəzaları zamanı insanların xilas edilməsi  təşkili üzrə tədbirlərin yerinə yetirilməsi, ikinci mərhələdə zərərçəkənlərin ilkin həyat təminatının təşkili, obyektlərin və yol infrastrukturunun normal iş şəraitinə qaytarılması sahəsində tədbirlərin həyata keçirilməsi əməliyyatları uğurla yerinə yetirilib.
 
Təlimə ümumilikdə FHN-in 186 nəfərlik şəxsi heyəti və 32 texnikası, həmçinin regiondan hərbiləşdirilməmiş 317 nəfərlik şəxsi heyət və 90 texnika da cəlb olunub.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994
avatar

Oxşar yazılar