Oktyabrın 7-də “İşğal altında - Ağdam” adlı kompüter oyunu təqdim olunacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni oyunu nazirliyin dəstəyi ilə “AzDımensıon” gənclərdən ibarət təşəbbüs qrupu hazırlayıb.
Tədbirə nazir Azad Rəhimov da qatılacaq. Döyüş janrında hazırlanan və Qarabağ müharibəsini əks etdirən oyunda əsas hədəf Ağdamı işğalçılardan azad etməkdən ibarətdir. Yeni oyunda kompüter qrafikası təkmilləşdirilib, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdamın real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilib.
Qeyd edək ki, bir il öncə “İşğal altında – Şuşa” kompyuter oyunu təqdim olunub.