Ağac kəsən şirkət 50 min manat cərimələndi
06 oktyabr 2019 09:11 (UTC +04:00)

Ağac kəsən şirkət 50 min manat cərimələndi

Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə  açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
 
İ. İbrahimova deyib ki, həmin  ünvanda qəzalı vəziyyətdə olan  yataqxana binasının söküntüsü zamanı bir neçə ağac  icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib: "Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub."
 
Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar