Ağ Evdə kim oturacaq?
07 noyabr 2016 20:19 (UTC +04:00)

Ağ Evdə kim oturacaq?

Elşad Mirbəşiroğlu – politoloq

 

Bügünkü “Manşet”də noyabr ayının 8-də ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı politoloq Elşad Mirbəşiroğlu aparıcı İlham Tumasın suallarını cavablandırıb.

 

 

  • Cəmi iki namizədin mübarizə aparmasına baxmayaraq, mübarizə zamanı utandırıcı məqamlar ortaya çıxıb. Əsasən respublikaçı Donald Trampla bağlı əcaib faktlar açıqlanır. Belə təəssürat yaranır ki, Amerikada seçki təbliğatı çox qüsurlu gedir.

 

  • Mütəxəssislər ölkə qanunvericiliyindəki nöqsanlara da diqqət yönəldirlər. Onlar həmin çatışmazlıqların əsrlərdir mövcud olduğunu, heç kimin də onları yeniləşdirmək istəmədiyini vurğulayırlar. Lakin rəsmi Vaşinqton başqa dövlətlərə seçki ilə bağlı iradlar tutur, onları sanksiyalarla hədələyir.

 

  • Bu paradoksal vəziyyət ABŞ-ın özünün imicinə ciddi zərbə vurur. Artıq ona etibar itib. Bütün bu reallıqların fonunda bu seçkilər demokratiya aspektində kifayət qədər ziddiyyətli təsir bağışlayır.

 

  • Seçki günü yaxınlaşdıqca, meydana çoxlu sayda müəmmalı suallar çıxır. Seçki kampaniyasının aparılması qaydasından tutmuş namizədlərin mübarizə üsullarına qədər məsələlərin geniş dairəsinin demokratik prinsiplərlə uzlaşmadığı aydın olur. Başqa dövlətləri seçki məsələsində tənqid etməyə alışmış Amerikanın özündə prezident seçkisinin ciddi qüsurlarla müşayiət olunması ekspertlərə xeyli dərəcədə maraqlı görünür.

 

  • Elə hallar olur ki, xalqın daha çox səsini qazanmış namizəd deyil, məhdud sayda seçici kollegiyasının dəstəyini əldə edən qalib hesab olunur. Bu hal sonuncu dəfə Albert Qor - Corc Buş yarışmasında qeydə alınıb. O zaman Albert Qor xalqın səsini qazanıb, seçici kollegiyası və ABŞ qanunvericiliyi isə üstünlüyü ikinciyə verib. Bu, demokratiyanın kökündən pozulmasıdır.

 

  • ABŞ-da hər vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir – bu, uzun sürən çətin bir prosesdir. Nəticədə, milyonlarla amerikalı bu sənədsiz yaşayır. Seçki qanununda isə şəxsiyyət vəsiqəsi olmayanların səs verməsinə icazə yoxdur. Belə çıxır ki, hər bir seçkidə ölkənin milyonlarla seçicisinin hüquqları pozulur.

 

  • ABŞ-da seçki qanunvericiliyində ciddi dəyişikliklərə ehtiyac yaranıb. Müasir dövrün tələblərinə zidd olan müddəalar çoxdur. Onların dəyişməsinə olan ehtiyacdan hər kəs danışır, lakin real addım atılmır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401
avatar

Oxşar yazılar