Amerika Ticarət Palatası Bakıda bal təşkil edib
Amerika Ticarət Palatası (AmCham) üzvləri üçün Bakıda ağ-qara bal təşkil edib.
Lent.az-ın verdiyi məlumata görə, AmCham-ın sosial təqvimində əhəmiyyətli hadisələrdən biridir və balın builki mövzusu “Vogue” jurnali olub.
Tədbirdə modalar atelyesinin yeni kolleksiyası və zinət əşyaları nümayiş olunub, musiqi və rəqslər isə əyləncə axşamına xüsusi rəng qatıb. 551 qonağın qatıldığı balda bir sıra səfirlər və yüksək vəzifəli şəxslər, o cümlədən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar xanımı Feyt Morninqstar ilə iştirak edib. Feyt Morninqstar deyib ki, tədbir yüksək səviyyədə təşkil olunub: “Bütün bal iştirakçıları dəbdəbəli görsənirdi, foyedəki dekorasiyalar çox sensasiyalı, zaldakı video – əyləncəli, yemək – ləzzətli, moda nümayişi – maraqlı idi. Hesab edirəm ki, tədbir iştirakçıları vaxtlarını yaxşı keçirdilər. Ümumiyyətlə, balın hər il olduğu kimi xüsusi ab-havası var idi”.