Yay aylarında üz üçün hansı prosedurlar zərərlidir? - <span style="color:red;">HƏKİM DANIŞIR
07 iyul 2019 19:19 (UTC +04:00)

Yay aylarında üz üçün hansı prosedurlar zərərlidir? - HƏKİM DANIŞIR

Son illər geniş yayılan üz üçün prosedurlardan pillinq, botoks və s. vasitələrdən yay aylarında istifadə etmək sağlamlıq üçün təhlükə yaradırmı?

Ümumiyyətlə, yay aylarında üz dərisini yaxşılaşdırmaq üçün hansı prosedurları həyata keçirmək olar?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən  dermatoloq-kosmetoloq Vəfa Məmmədli bildirb ki, yay aylarında bəzi növ pillinqləri etmək mümkün olsa da, məsləhət olmayan pillinqlər də var.

V.Məmmədli qeyd edib ki, bir sıra qaydaları nəzərə almaqla  botoks, PRP kimi üsullardan istifadə  etmək olar: “Əgər adam qandurulaşdırıcı dərmanlar içirsə, turş meyvələr yeyirsə, bu vasitələrdən istifadə etmək olmaz. Yəni yay aylarında bu prosedurların  ciddi mənfi təsirləri yoxdur. Məsələn, yayda botoks üçün ciddi əks-göstəriş yoxdur. Yayda üz dərisində həsasslıq artır. Sifətdə yağlanma artır. Ona görə də prosedurları həyata keçirərkən çalışırıq ki, ağırlaşmalar baş verməsin”.

Dermatoloq bildirib ki, havanın həddən artıq isti olduğu günlərdə prosedurlar ya həyata keçirilmir, ya da pasiyentə tövsiyə olunur ki, prosesdən sonra günəşlənməsin.

Epilyasiya etmək düzgündürmü?

Epilyasiya prosesinə gəlincə isə V.Məmmədli  bildirib ki, bu prosedurla bağlı  qışda belə pasiyentə məsləhətlər verilir: “Qış aylarında belə epilyasiya oluncaqsa, başqa prosedurlardan keçmək olmaz. Yəni salyari, sauna, hamama getmək məsləhət görülmür.

Çalışırıq ki, yay aylarında epilyasiyanı tövsiyə etməyək. Çünki  üzə ləkə düşə bilər, allergiyalar yaranar və s. Qeyd etdiyim kimi yayda üzdə yağlanma da artır.  Yağlanma da lazer epilyasiyasına mane olan faktorlardan biridir. Etdirənlər var, amma  risklidir”.

Dermotoloq vurğulayıb ki, yay fəslində dərinin təravətini qorumaq üçün çox su içmək lazımdır. Bundan başqa günəşdən qoruyan kremlərdən istifadə olunmalıdır: “Başı günəşdən qorumaq üçün baş vasitələrindən istifadə olunmalıdır. Evdə mətbəxdə olan ərzaqlardan istifadə etməklə üzə təravət verən maskalar hazırlamaq olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Aygün İbrahimli

Oxşar yazılar